Bu ölkədə bərə qəzasında ölənlərin sayı 97 nəfərə çatıb

21 Avqust 2026 01:03 (UTC+04:00)

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb. Bu barədə Zimbabve Milli Polis Xidməti məlumat yayıb.

Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb. Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.

Mətləb