"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır - YENİLƏNİB

20 Avqust 2026 23:19 (UTC+04:00)

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası "Tvente" ilə Niderlandda qarşılaşıb. "De Qrolş Veste" stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 52-ci dəqiqədə Kadi vurub.

Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Mətləb