Zaqatalada baş verən qəzada xəsarət alan 3 nəfərin şəxsiyyəti məlum olub.
APA-nın əldə etdiyi məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər rayonun Muxax kənd sakinləridi.
Belə ki, hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü 39 yaşlı Abdulla Musa oğlu Yusubov, onun sərnişinləri - 29 yaşlı Aytac İsmayıl qızı Səfərova və 26 yaşlı Aygül Şahin qızı Hacıömərov xəsarət alıb.
Yaralılardan A. Yusubovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki yaralının müalicəsi isə xəstəxanada davam etdirilir.