Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda Suriyanın XİN rəhbəri Əsəd əş-Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə mühüm açıqlama ilə çıxış edib. O bəyan edib ki, Pakistan Suriya ilə siyasət, müdafiə, ticarət, investisiyalar, təhsil və insan resurslarının inkişafı sahələrində tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.
SİTAT: "Pakistan Qolan təpələri üzrə Suriyanın mövqeyini qətiyyətlə dəstəkləməyə davam edəcək", - hökumət başçısı deyib. Şərif İslamabadın Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini xatırladıb.
Mətləb