Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
SİA APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Seymur Manafov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayında "Boulevard Hotel”də baş verib. Belə ki, hoteldə ofisiant işləyən Seymur Manafov Şəmistan Əliyevi camaşırxanada bıçaqlayaraq öldürüb. Seymur Manafov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.