Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb

20 Avqust 2026 17:20 (UTC+04:00)

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Deyilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum olub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.