“Azərbaycanın beynəlxalq birlikdə nüfuzu artır” - DEPUTAT

20 Avqust 2026 15:59 (UTC+04:00)

"Cənab Prezidentimizin apardığı uğurlu dövlətçilik siyasəti beynəlxalq birlikdə də hörmət qazanıbdır. Ölkə daxilində inkişaf var, stabillik var, vətəndaşların təhlükəsizliyi qorunur, cəmiyyətimiz qarşısına duran məsələlər həll olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Beynəlxalq birlikdə ölkəmiz etibarlı tərəfdaş kimi tanınır: "Ehtiyac olduqda digər dövlətlərə humanitar yardım göstərir. Birgə iqtisadi layihələrimiz var. Azərbaycanın təşəbbüsləri beynəlxalq birlikdə sülhün, əmin-amanlığın təmin edilməsində böyük rol oynayır. Heç də təsadüfi deyil ki, cənab Prezidentimizin beynəlxalq birlikdə nüfuzu da böyüyür. Aparıcı dövlətlərin eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri vaxtaşırı ölkəmiz və cənab Prezident haqqında yüksək fikirlərini bildirirlər və Azərbaycanın böyük iyirmilik sammitinə dəvət edilməsi Azərbaycan nüfuzunun, cənab Prezidentimizin nüfuzunun qiymətləndirilməsidir. İnanıram ki, liderimizin həmin tədbirdə iştirakı dünya məsələlərinin həllində Azərbaycanın da mövqeyinin səslənməsinə eyni zamanda birlikdə sülh uğrunda mübarizəyə töhfə verəcəklər. Bu sevindirici xəbərdir. Bu, Azərbaycanın nüfuzunun artmasının göstəricisidir və... canlı arada yarımçıq kəsildi və bu, Azərbaycanın beynəlxalq birlikdə necə böyük hörmətə sahib olduğunu göstərir".