Rusiyanın hücumu nəticəsində Ukraynada 3 nəfər həlak olub

20 Avqust 2026 10:47 (UTC+04:00)

Rusiyanın Ukraynanın cənub-şərqindəki Dnepropetrovsk və Zaporojye vilayətlərinə pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumlar nəticəsində azı 3 mülki şəxs ölüb, bir neçə nəfər yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dnepropetrovsk vilayətinin rəhbəri Oleksandr Hanzha bildirib ki, avqustun 20-də səhər saatlarında vilayətə endirilən dron zərbəsi nəticəsində 1 qadın ölüb, 5 neft məntəqəsi zərər görüb.

Bir gün əvvəl isə Zaporojye vilayətinin inzibati mərkəzində baş verən hücum zamanı 2 nəfər həlak olub. Ukrayna KİV-ləri bu barədə məlumat yayıb.

Zelenski: “Sülh Rusiya rəhbərliyinin nəhayət dərk etməli olduğu məsələdir”

Ukrayna Prezidenti Volodimir Zelenski X platformasında bildirib ki, Ukrayna Rusiyanın Ufa şəhərindəki neft emalı zavodunu və Penza vilayətində hərbi-sənaye kompleksinin strateji obyektini hədəf alıb.

“Bu, Rusiyanın bizə qarşı etdiklərinə tamamilə ədalətli cavabdır. Sülh lazımdır və bunu məhz Rusiya rəhbərliyi dərk etməlidir”, - deyə Zelenski yazıb.

Zelenski həmçinin vurğulayıb ki, Rusiya müharibəni davam etdirməkdə maraqlıdır və ona ədalətli sülhə məcbur etmək lazımdır.

Son günlər Ukraynada hava hücumlarının artması fonunda Zelenski müttəfiqləri müdafiə sistemlərinin tədarükünü sürətləndirməyə çağırıb. O qeyd edib ki, tərəfdaşlar müdafiə avadanlıqlarının əlavə təchizatı ilə bağlı tərəddüd edərkən, ruslar "həddini aşır".

Ekspertlər hesab edir ki, cəbhədə gərginliyin artması və mülki əhaliyə qarşı hücumlar Kiyevdə siyasi təzyiqi gücləndir. Zelenski hakimiyyəti həm müharibənin gedişatı, həm də diplomatik danışıqların nəticəsizliyi ilə bağlı tənqidlərlə üzləşir.

Qeyd edək ki, Rusiya və Ukrayna fevral 2022-ci ildən bəri demək olar hər gün qarşılıqlı hücumlar həyata keçir. Diplomatik səylər hələ ki davamlı atəşkəsə nail ola bilməyib.