“Bu gün Azərbaycanla Ukrayna arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Bu gün dövlətlərimiz arasında çox yüksək əlaqələr və münasibətlər var. Bu da cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə gedən bir prosesdir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün cənab Prezidentin bu sahəyə xüsusi diqqəti və qayğısı var və cənab Prezidentin təltif olunması təsadüfi deyil. Yəni, bunun ciddi səbəbləri var. Səbəb də odur ki, qeyd etmək lazımdır ki, Azərbaycan müharibəni nəzərdən keçirən bir ölkə kimi hər zaman bu kimi məsələlərə öz həssas mövqeyini ortaya qoyub.
Cənab Prezident Ukraynanın keçmiş prezidenti ilə görüşdü və İrpin şəhərinin fəxri vətəndaşı adının cənab Prezidentə verilməsi məhz bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu mənada məsələnin nə qədər önəmli və aktual olduğunu göstərir.
Azərbaycan bu günə kimi Ukraynaya bir çox maddi yardım göstərib, əhaliyə dəstək olub, beynəlxalq platformalarda da Ukraynanı müdafiə edib. Hesab edirəm ki, cənab Prezidentin bu ada layiq görülməsinin ciddi səbəbləri və əsasları var. Ona görə bu məsələ bu baxımdan xüsusilə əhəmiyyət daşıyır”.
Arzu Qurbanlı