Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

19 Avqust 2026 18:01 (UTC+04:00)

Tovuzda yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.