...Ukraynalı müğənni Kajanna sevincli xəbəri paylaşdı: 25 yaşlı sənətçi evlənir.
SİA xaatırladır ki, əsl adı Anna Makienko olan müğənni İnstaqramda evlilik təklifi anından romantik fotolar paylaşıb. “Bəli dedim”, müğənni fotoya qısaca şərh yazıb.
Dərc olunan fotolara əsasən, Kajanna və nişanlısı axşamı gün batanda mənzərəli bir yerdə keçiriblər.
Ətraf güllərlə və üzərində yazı olan işıqlandırma lövhəsi ilə bəzədilib.
Müğənninin nişanlısı “Azov” batalyonunda xidmət edən “Kölgə” çağırışçısı 22 yaşlı hərbçi Danilodur.
Onlar 2025-ci ilin fevral ayında tanış olublar və may ayında müğənni ilk dəfə Danilo ilə romantik münasibətini açıq şəkildə təsdiqləyib.
Nazlı Almuradova