İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli komandirinə qarşı hücum həyata keçirib. SİA xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş keçirdiyi yer hədəfə alınıb. Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Mətləb