Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

19 Avqust 2026 00:22 (UTC+04:00)

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib. Azərbaycan təmsilçisi Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb.

Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub. Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.

Mətləb