Bu ölkədə kiberhücum səbəbindən 1,2 milyon insanın məlumatları sızıb - ŞOK!

18 Avqust 2026 23:19 (UTC+04:00)

Latviyada Yol Hərəkəti Təhlükəsizliyi Müdiriyyətinə (CSDD) edilən kiberhücum nəticəsində cinayətkarlar təxminən 1,2 milyon insanın fərdi məlumatlarını əldə ediblər. LSM portalında dərc edilən məlumata görə, cinayətkarlar CSDD tərəfindən son 18 il ərzində qəbul edilən ödənişlər barədə məlumatları ələ keçiriblər.

Latviyanın Baş naziri Andris Kulberqs jurnalistlərlə söhbətində konkret cinayətkar hələ müəyyən edilmədiyi üçün, söhbətin Latviyaya başqa bir dövlət tərəfindən həyata keçirilən kiberhücumdan gedə biləcəyini istisna etməyib. Latviya Prezidenti Edqars Rinkeviçs insidenti şərh edərək qeyd edib ki, kiberhücum və genişmiqyaslı məlumat sızması milli təhlükəsizliyə ciddi təhdid yaradır.

Mətləb