İsrail ordusu Qəzzada HAMAS liderlərinə qarşı əməliyyat keçirib

18 Avqust 2026 20:53 (UTC+04:00)

İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HAMAS liderlərinə hücum etdiyini açıqlayıb.

SİA xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı İsrail mediasına istinadən məlumat yayıb.

“Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HAMAS liderlərini hədəf aldıq. Biz HAMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HAMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir.