Bakının 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidməti (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 20-yə yaxın küçə və prospektdə isə təmir işləri davam etdirilir:
"Təmir işləri mərhələli şəkildə nəzərdə tutulan bütün ünvanlarda həyata keçiriləcək".
"Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur. Proqram çərçivəsində paytaxtın bütün inzibati rayonlarını əhatə edən 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.