...SİA-nın əldə etdiyi məlumata görə, “Anadolu” xəbər verir ki, 40 ildən çoxdur ki, Hələbin 91 yaşlı sakini Rizkulla Abd Okolo kitab satışı ilə məşğuldur.
Bu müddət ərzində o, müxtəlif dillərdə nəşr olunmuş nadir və köhnə kitablar kolleksiyası toplayıb.
Onun Tylel məhəlləsindəki mağazası tələbələr, tədqiqatçılar və kitabsevərlər üçün sevimli yerdir.
Fransız, ingilis və alman dillərində kitablar, o cümlədən müxtəlif dövrlərə aid əlyazmalar və müxtəlif çap üsulları ilə hazırlanmış kitablar ərəb nəşrlərinin yanında rəflərdədir. Onların çoxunun yaşı yüz ildən çoxdur.
…Nadir nəşrləri itkidən qorumaq mənim vəzifəmdir, - deyə kitab satıcısı bildirib.
Onun üçün kitab ticarəti sadəcə gəlir mənbəyi deyil, həm də ruhunu sərf etdiyi bir həyat işidir.
…İnsanların diqqət yetirmədiyi, tərk edilmiş və yox olmaq üzrə olan kitabları toplayıram, onları saxlayıram və istifadə etmək istəyənlərə verirəm, - deyə Rizkulla Abd bildirib.
…Kolleksiyamda 1 milyon kitab var. Allahdan mənə güc verməsini diləyirəm ki, yeni kitablar toplamağa və onları qorumağa davam edim, - deyə o izah edib.
Elə olur ki, alıcılar konkret bir kitab tapmağı xahiş edirlər və sonra Rizkulla onlara axtarışlarında kömək etməyə çalışır. Hələbin dağıdılmış küçələrində dinc həyat qurulur, amma Rizkullanın ürəyindəki kədər səngimir, çünki o, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir.
Qoca hələ də bir gün ondan xəbər almağa ümid edir.
Əli Babayev