Tramp Omanı bombalamaqla hədələyir

18 Avqust 2026 13:51 (UTC+04:00)

The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər verir ki, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı Oman-İran danışıqlarındakı çıxılmaz vəziyyət ABŞ prezidenti Donald Trampı qəzəbləndirib. Bir gün əvvəl o, "Omanı bombalamaqla" hədələyib.

Nəşrin məlumatına görə, Ağ Ev bir neçə həftədir ki, İranla nüvə sazişinə və boğazın yenidən açılmasında Omanın köməyinə ümid edirdi. Lakin WSJ mənbələri Ağ Ev daxilində Maskatın rolu ilə bağlı fikir ayrılığı olduğunu bildirir. Bəzi müşavirlər Omanı İranyönlü mövqe tutmaqda və Tehran üçün əlverişli şərtlər irəli sürməkdə ittiham edirlər. Digərləri isə Vaşinqtonun Maskatı günah keçisinə çevirdiyini, uğursuz danışıqlara görə məsuliyyəti başqasına ötürməyə çalışdığını qeyd edirlər.

ABŞ hakimiyyəti həmçinin İran və Oman arasındakı ikitərəfli razılaşmaların Tehranın boğaz üzərində nəzarətini gücləndirəcəyindən və kommersiya gəmilərinə tariflərin tətbiq olunmasına səbəb olacağından qorxur. ABŞ dövlət katibi Marko Rubio belə bir addımı "qırmızı xətt" adlandırıb.

VƏLİ