Tarık Mengüçün analizlərinin cavabı açıqlanıb

18 Avqust 2026 08:49 (UTC+04:00)

Korbağırsaq şübhəsi ilə xəstəxanaya müraciət edən və müayinələr zamanı bağırsağında kütlə aşkarlanan məşhur müğənni Tarık Mengüç günlərdir gözlədiyi patoloji nəticəsini alıb. Kütlənin xoşxassəli olduğu məlum olduqdan sonra sənətçi böyük rahatlıq yaşayıb və sevinc göz yaşlarına boğulub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir neçə gün əvvəl səhhətində yaranan narahatlıq səbəbilə xəstəxanaya yerləşdirilən Tarık Mengüçün müayinələri zamanı bağırsağında kütlə aşkarlanmışdı. Patoloji nəticəsini həyəcanla gözləyən və sosial media izləyicilərindən dua etmələrini xahiş edən məşhur müğənninin səhhəti ilə bağlı gözlənilən xəbər gəlib. "Heç bir xərçəng hüceyrəsi yoxdur”.

Tarık Mengüçün həyat yoldaşı Funda Mengüç patoloji nəticəsinin təmiz çıxdığını emosional video ilə açıqlayıb.

“Bunlar sevinc göz yaşlarıdır. Heç bir xərçəng hüceyrəsi yoxdur. Allah sizdən razı olsun. Yoldaşımın bu qədər sevildiyini bilmirdim. O qədər dua gəldi ki...” – deyə Funda Mengüç bildirib. Dualara görə təşəkkür edib.

Patoloji nəticəsinin təmiz olduğunu öyrəndiyi an göz yaşlarını saxlaya bilməyən Tarık Mengüçün sevinc və rahatlıq dolu anları kameraya əks olunub.

Məşhur müğənni bu çətin günlərdə onu tək qoymayan pərəstişkarlarına təşəkkür edərək, “Allahım, sənə şükürlər olsun. Sizin dualarınızla... Allah sizdən razı olsun”, – deyə bildirib.