İran-İraq gərginliyi: Bağdad izahat tələb edir!

18 Avqust 2026 04:06 (UTC+04:00)

İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. Bu barədə İraq Xarici İşlər Nazirliyinin Hüseynin İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığının yekunlarına dair açıqlamasında bildirilib.

Vurğulanıb ki, Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstan Regionunun Baş nazirinin ofisinə hücumu müzakirə edib. İraqın xarici işlər naziri bu hadisəni "gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək təhlükəli presedent" adlandırıb.

Mətləb