BMT-nin Cenevrədəki baş direktoru Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib

17 Avqust 2026 15:36 (UTC+04:00)

BMT-nin Cenevrədəki baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki yeni daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib.

SİA xəbər verir ki, bu barədə Valovaya "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul etmək mənim üçün böyük şərəfdir", - o qeyd edib.

Valovaya çoxtərəfli əməkdaşlığa dəstək məqsədilə birgə işin davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.