Daxili İşlər Nazirliyi bu ilin yanvar-iyul ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 54 434 nəfəri istiqamətləndirib.
SİA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslərdən narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 3 778 nəfərdən 1 851 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 258, QİÇS-lə Mübarizə Mərkəzində 288, Sumqayıt Narkoloji Mərkəzində 121 nəfər) 667 xəstə müalicə alır.