Azərbaycanın qızlardan ibarət U-15 millisi UEFA İnkişaf Turnirində son oyununu keçirib

17 Avqust 2026 13:22 (UTC+04:00)

Azərbaycanın qızlardan ibarət U-15 millisi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyununu keçirib.

SİA AFFA-ya istinadən xəbər verir ki, yığma Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimkənd şəhərində yerləşən "Namys" stadionunda baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 yığması turnirdəki əvvəlki matçlarında Qazaxıstana (1:2) və Rusiyaya (0:13) məğlub olub.