“Azərbaycan, Gürcüstan, Türkiyə formatı həmişə qarşılıqlı maraqla, daha çox hüquqi olub və bu mənada da illərdir bu formatda, üç formatında, deməli, Gürcüstanın, Azərbaycanın, Türkiyənin xarici işlər nazirlərinin görüşləri, dövlət başçılarının görüşləri, eyni zamanda müdafiə nazirlərinin görüşləri bu regionda təhlükəsizliyin təmin olunması üçün lazım olan məsələləri həll edirlər”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, təbii ki, indiki çox çətin, qarşıdurma dövründə bu formatın daha da inkişaf etdirilməsi, təhlükəsizliyin qorunması vacib amillərdən biridir:
“Azərbaycanın əsas ixrac marşrutları Gürcüstan üzərindən Türkiyəyədir və bunun da təhlükəsizliyinin qorunması hər bir ölkənin, yəni həm Gürcüstanın, həm Azərbaycanın, həm də Türkiyənin üzərində vəzifə borcudur.
Bu mənada regionda sabitliyin qorunması, bu regiona olan təhlükənin qarşısının vaxtında alınması ən önəmli məsələlərdən biridir. Çünki kommunikasiyaların, bu strateji kommunikasiyaların təhlükəsizliyinin təmin olunması həm də qonşu ölkələrin, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatı deməkdir.
Buna görə də Avropa İttifaqı bu kommunikasiyaların təhlükəsizliyinin təmin olunmasına bu ölkələrə ciddi yardım göstərir. Anladım, hesab edirəm ki, belə bir qarşı, çətin dövrdə bu ölkələrin bir-birinə dayaq olması, bir-birinə kömək olması, bir-birinin təhlükəsizliyini təmin etməsi ən önəmli məsələlərdir və bu da regionda sabitliyin, təhlükəsizliyin qorunmasına xidmət edir”.