Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

17 Avqust 2026 10:17 (UTC+04:00)

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.