İran vurduğu ABŞ döyüş texnikalarını nümayiş etdirib

17 Avqust 2026 03:22 (UTC+04:00)

İran hava hücumundan müdafiə bölmələri hərbi əməliyyatlar zamanı vurulan döyüş texnikaları nümayiş etdirilib.

"Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İranın hava hücumundan müdafiə bölmələri tərəfindən vurulan F-15E Strike Eagle qırıcı-bombardmançı təyyarəsi, MQ-9 Reaper və MQ-1C Gray Eagle PUA-ları, BƏƏ istehsalı Yabhon H kamikadze dronları, eləcə də AGM-158 JASSM qanadlı raketləri olub.

Nümayiş etdirilən texnikalar arasında martın 4-də vurularaq ələ keçirilən, 923 seriya nömrəli, zədələnməmiş "Hermes 900" pilotsuz uçuş aparatı da olub.

Mətləb