...Bir neçə il əvvəl mebel dizaynı sahəsində çalışan otuz dörd yaşlı İrina Terex Ukraynanın ən böyük özəl müdafiə şirkəti olan Fire Point şirkətini idarə etməyə başlayıb.
SİA xəbər verir ki, The Wall Street Journal-a görə, o, hazırda təxminən 7000 nəfərin işlədiyi və illik gəliri 1 milyard dollardan çox olan şirkətin həm baş direktoru, həm də texniki direktoru vəzifəsində çalışır.
Şirkət Ukraynanın Rusiya hərbi və enerji infrastrukturuna zərbə endirmək üçün istifadə etdiyi uzun mənzilli dronlar və raketlər istehsal edir.
Qeyd edək ki, Terexin müdafiə sənayesinə səyahəti 2022-ci ildə Buça yaxınlığında Rusiya tərəfindən atəşə tutulduqdan sonra başlayıb. Əvvəlcə o, könüllü olub, lakin sonra şirkətin təsisçisi Denis Ştilermandan Fire Point-ə qoşulmaq təklifi alıb.
Raket elmində təcrübəsi olmayan Terex yeni sahəni tez bir zamanda mənimsədi və istehsal prosesində dəyişikliklər təklif edib. Nəticədə, bir dron qanadının istehsal müddəti altı gündən 2,5 saata endirilib.
Şirkətin flaqman FP-1 dronu 3380 km-ə qədər mənzilə malikdir və 2024-cü ildə şirkət təxminən 1130 kq ağırlığında döyüş başlığı olan FP-5 Flamingo kruiz raketini sınaqdan keçirib.
...Dəqiq silahlar təcavüzün qarşısını almaq üçün vacib vasitədir, - deyə Terex şirkətin məhsullarının müharibədəki rolunu izah edərək bildirib.
Fire Point Rusiya ərazisinə zərbələr endirmək üçün hədəflər təyin etmir - bu, Ukrayna hərbi komandanlığının məsuliyyətidir.
Terex həmçinin müdafiə sənayesində qadınların sayının artırılmasının tərəfdarıdır və şirkətinin kişilərlə qadınlar arasında əmək haqqı fərqini uğurla aradan qaldırdığını iddia edir.
Əli Babayev