Beyləqanda qadın su kanalında batıb

16 Avqust 2026 03:05 (UTC+04:00)

Beyləqanda bədbəxt hadisə baş verib. Belə ki, rayon sakini olan qadın su kanalında batıb. Hadisə Yuxarı Qarabağ kanalının rayonun İkinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır, axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Mətləb