ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı Konqresə BİLDİRİŞ göndərib

16 Avqust 2026 00:23 (UTC+04:00)

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi üzrə məhdudiyyətlərin tətbiqindən azadolma müddətinin uzadılması ilə bağlı Konqresə bildiriş göndərib. SİA-nın məlumatına görə, bu barədə məlumat ABŞ Konqresinin rəsmi sənədlərində yer alıb.

Sənədə əsasən, Dövlət Departamenti müvafiq bildirişi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edib.

Mətləb