ABŞ-da universitet kampusunda atışma baş verib, 5 yaralı var

15 Avqust 2026 19:13 (UTC+04:00)

ABŞ-ın Virciniya Dövlət Universitetində atışma baş verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, hadisə universitetin kampusunda qeydə alınıb.

Polisin məlumatına görə, silahlı atışma zamanı beş nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Universitetin açıqlamasında atışmada bir neçə şübhəlinin iştirak etdiyi bildirilib.