Ucarda minik avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb

15 Avqust 2026 18:17 (UTC+04:00)

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.