Ermənistanda bu ilin ilk altı ayında 814 məişət zorakılığı hadisəsi qeydə alınıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Milli Statistika Komitəsinin dərc etdiyi məlumatlara görə, ər tərəfindən arvada qarşı 341, arvad tərəfindən ərinə qarşı 17, valideyn tərəfindən uşağa qarşı 48, uşaq tərəfindən valideynə qarşı 73 və digər ailə üzvləri tərəfindən 190 zorakılıq hadisəsi törədilib.
Bu ilin ilk altı ayında ölkədə 310 yetkinlik yaşına çatmayan şəxs zorakılığa məruz qalıb ki, onlardan 161-i qız olub.
Rəsmi məlumatlara görə, 90 nəfər cinsi, 543 nəfər fiziki və 826 nəfər psixoloji zorakılığa məruz qalıb.