Malayziya Rusiyada İslam bankçılığının inkişafına kömək edəcək...

15 Avqust 2026 20:49 (UTC+04:00)

...Malayziya İslam bankçılığı alətlərinin hazırlanmasında Rusiya ilə əməkdaşlıq etmək istəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

...Biz tərəfdaşlıq maliyyəsi və İslam bankçılığına xüsusi diqqət yetiririk. Tatarıstan Respublikası artıq bu cür alətlərin tətbiqində praktik təcrübəyə malikdir. Malayziya bu sahədə qlobal lider kimi bizim üçün vacib strateji tərəfdaş ola bilər, - deyə Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov Vladivostokda keçirilən Rusiya-Malayziya Birgə İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq Komissiyasının beşinci iclasında bildirib.

Tədbir 13 avqustda Uzaq Şərq Federal Universitetində baş tutub. Malayziyanın ali təhsil naziri Zambri Əbdül Kadir görüşdə iştirak edib.

Müzakirə ticarət və investisiya əməkdaşlığı, kənd təsərrüfatı, enerji, turizm və mədəni mübadilə, eləcə də elm və təhsil sahəsində əlaqələrin inkişafına yönəlib.

Əli Babayev