ABŞ prezidenti Donald Tramp cümə günü Hörmüz boğazını tezliklə ABŞ ərazisi elan edə biləcəyini açıqlayıb. "Düşünürəm ki, Hörmüz boğazını çox tezliklə ABŞ ərazisi elan edəcəyəm", - deyə o, Nyu-York ştatında etdiyi çıxışında bildirib.
O, ABŞ-ın hazırda faktiki olaraq Hörmüz boğazına nəzarət etdiyini və İrana qarşı dəniz blokadasını davam etdirdiyini bir daha təkrarlayıb.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, Hörmüz boğazı İranın nəzarəti altında olub və qalacaq. "Hörmüz boğazı İrana məxsus idi, var və qalacaq. İran gəmilərin oradan keçməsinə icazə verib-verməməsinə qərar verir", - deyə o, şənbə günü sosial mediada yazıb.
Qəribabadi Trampın sözlərini şərh edərkən vurğulayıb ki, "sosial mediada paylaşım etməklə, təyyarədaşıyan gəmi göndərməklə, əmr verməklə və ya seçkiqabağı çıxış etməklə Hörmüzü ələ keçirmək mümkün deyil".
Daha əvvəl Nyu-Yorkda çıxışı zamanı Tramp boğazı tezliklə "ABŞ ərazisi" elan etməyi planlaşdırdığını bildirmişdi.
VƏLİ