ABŞ Prezidenti Donald Trampın administrasiyası 400 milyon dollarlıq Ağ Ev bal zalının tikintisini davam etdirməyə icazə verilməsi üçün Ali Məhkəməyə müraciət edib. SİA "Reuters"ə istinadən xəbər verir ki, administrasiya layihənin Konqresin zəruri razılığı olmadan həyata keçirildiyi barədə apellyasiya məhkəməsinin qərarının dayandırılmasını istəyib. Ədliyyə Nazirliyinin vəkilləri layihənin milli təhlükəsizlik baxımından zəruri olduğunu bildiriblər. Onların sözlərinə görə, Trampa qarşı çoxsaylı sui-qəsd cəhdləri nəzərə alınaraq, tikilinin təhlükəsizlik baxımından xüsusi əhəmiyyəti var.
Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsi avqustun 7-də tikintinin dayandırılması barədə qərarı qüvvədə saxlayıb və layihənin Konqres tərəfindən təsdiqlənməli olduğunu bildirib.
Mətləb