"Neftçi" İmad Farajın "Esperans" klubuna keçidini AÇIQLADI

15 Avqust 2026 01:02 (UTC+04:00)

"Neftçi"nin futbolçusu İmad Farajın Tunisin "Esperans" klubuna keçib. SİA-nın xəbərinə görə, bu barədə "Neftçi" məlumat yayıb. "Ağ-qaralar" "Esperans"ın transferlə bağlı təklifini və 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, təklifi müsbət qiymətləndirib.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və razılıq əldə olunub.

2025-ci ilin iyul ayında Kiprin AEK (Larnaka) klubundan "Neftçi"yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandanın heyətində 34 rəsmi oyunda meydana çıxıb. O, bu görüşlərdə 7 qol və 6 məhsuldar ötürmə ilə hadda qalıb.

Mətləb