Qubada güclü zəlzələ olub

14 Avqust 2026 22:02 (UTC+04:00)

Bu yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Mətləb