Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 19:16 (UTC+04:00)

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, AYNA-dan verilən məlumata görə, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 112, 140, 140E, 141, 144, 146, 182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.