ABŞ-də yüksəkvəzifəli rəsmi Ağ Evdən ayrılır

14 Avqust 2026 17:52 (UTC+04:00)

Ağ Evin milli təhlükəsizlik üzrə müşavirinin müavini Endi Beyker yaxın həftələrdə ABŞ Prezidenti Donald Trampın administrasiyasını tərk edəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məqalə müəllifləri vurğulayırlar ki, Beyker Trampın xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandasının ən nüfuzlu simalarından biri olub. O, daha əvvəl ABŞ vitse-prezidenti Cey Di Vensin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində də çalışıb.

“Bu, inanılmaz bir yol idi. Əldə etdiklərimizin hər biri ilə fəxr edirəm və əlbəttə ki, prezidentə, vitse-prezidentə və nazir Rubioya son dərəcə minnətdaram”, – deyə Beyker "Axios"a bildirib.