DSMF: İyulda 876 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

14 Avqust 2026 10:53 (UTC+04:00)

Bu ilin iyul ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 876,1 min nəfər olub.

SİA bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 471,1 min nəfərini aylıq sosial müavinət, 405 min nəfərini isə təqaüd alanlar təşkil edib.