Şəki-Zaqatala bölgəsində 538 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14 Avqust 2026 09:57 (UTC+04:00)

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 538 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.

‎Bu barədə SİA-ya Regional Təhsil İdarəsindən məlumat verilib. Belə ki, onlardan 343 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 195 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

‎Qeyd edək ki, fərqlənmə attestatı oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.