"Qarabağ" Konfrans Liqasında “pley-off”a yüksəldi! -YENİLƏNİB

13 Avqust 2026 22:02 (UTC+04:00)

Bu gün futbol üzrə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) matçı keçirilib.

Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edib. Matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə əsasən Qurban Qurbanovun komandası "pley-off" mərhələsinə vəsiqə qazanıb.

"Qarabağ" "pley-off"da “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.