Biləsuvarda qətl törədən şəxs yaxalanıb

14 Avqust 2026 01:20 (UTC+04:00)

Biləsuvar rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Avqustun 13-də saat 20:00 radələrində 1982-ci il təvəllüdlü Şölət Rüstəmlinin Biləsuvar rayonunun Dərvişli kəndi ərazisində kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb