Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb. SİA DHA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı əraziyə çox sayda yanğınsöndürən və digər xilasetmə qüvvələri cəlb olunub. "Yanğının söndürülməsinə ilkin mərhələdə 3 helikopter, 4 yanğınsöndürən avtomobil, 2 su çəni və 2 ilkin müdaxilə maşını, həmçinin 50 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib"- məlumatda vurğulanıb.
Hazırda yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.
Mətləb