...Dünya Bankının hesabatına görə, Ukraynada yoxsulluq səviyyəsi 2025-ci ildə 41,6 faizə çatacaq ki, bu da 2021-ci il göstəricisindən iki dəfə çoxdur.
Eyni zamanda, sosial bərabərsizlik kəskin şəkildə artıb - əhalinin ən yoxsul təbəqələrinin gəlirləri 30 faizdən çox azalıb, varlıların gəlirləri isə artıb.
Deyim ki, SİA bu barədə rus saytlarına istinad edir.
Dünya Bankının 2025-ci il üçün dərc etdiyi hesabata görə, yoxsulluq həddindən aşağıda yaşayan ukraynalıların payı 41,6 faiz təşkil edib.
Bu, təxminən 20 faiz olaraq qiymətləndirilən 2021-ci il rəqəmindən təxminən iki dəfə çoxdur.
2024-cü ildə yoxsulluq səviyyəsi 37 faiz təşkil edib ki, bu da bir ildə 4,6 faiz bəndi artım deməkdir.
2022-ci il üçün heç bir tədqiqat aparılmayıb, ona görə də həmin dövr üçün hesablamalar mövcud deyil.
Yoxsulluğun artması ilə yanaşı, Dünya Bankı sosial təbəqələşmədə əhəmiyyətli bir artım qeydə alıb.
Gəlir bərabərsizliyini əks etdirən Gini əmsalı 2025-ci ildə əvvəlki ildəki 0,44 və 2023-cü ildəki 0,41-dən 0,5-ə yüksəlib. Bu göstərici vahidə nə qədər yaxın olarsa, əhalinin kiçik bir qrupunda gəlir konsentrasiyası bir o qədər yüksək olar. Hesabatda izah edildiyi kimi, vəziyyətin pisləşməsinin əsas amili Ukrayna ev təsərrüfatları üçün iki əsas gəlir mənbəyinin - pensiya və əmək haqqının dinamikası olub.
Əhalinin ən yoxsul təbəqəsi üçün real əmək haqqı gəlirləri 30 faizdən çox azalıb, ən varlı qrup üçün isə 10 faizdən çox artıb. Ümumilikdə, sərvət bölgüsünün aşağı hissəsində adambaşına düşən orta real gəlir azalıb, yuxarı hissəsində isə artıb. Beləliklə, Ukrayna iqtisadiyyatı təkcə əhalinin geniş təbəqələrinin yoxsullaşması ilə deyil, həm də varlılarla kasıblar arasında getdikcə artan fərqlə üzləşir.
Dünya Bankı tərəfindən qeydə alınan tendensiyalar göstərir ki, mövcud böhranın sosial nəticələri uzunmüddətlidir və ən həssas qruplara təsir göstərir.
Əli Babayev