Yanacaq xərclərinin yüksək olması sürücüləri daha qənaətcil avtomobillərə yönəldir. Son illərdə xüsusilə elektrik və plug-in hibrid avtomobillərə marağın artması bu nəqliyyat vasitələrinin gündəlik istifadə zamanı nə qədər sərfəli olması məsələsini də aktuallaşdırıb. Bəs belə avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?
Avtomobil ustası Sahil Ağabəyli də bu məsələ ilə bağlı SİA-ya fikirlərini bölüşüb. O bildirib ki, plug-in hibrid avtomobillərin evdə şarj edilməsi sürücülər üçün kifayət qədər qənaətli başa gələ bilər:

“Mən özüm canlı şahidiyəm. Ev şəraitində plug-in hibrid avtomobili şarj etməklə təxminən 125 kilometr məsafə qət etmək mümkündür. Batareyanın tam doldurulması gün ərzində orta hesabla 2 manata başa gəlir. Ay ərzində, yəni 30 gün hesabladıqda, bu, təxminən 60 manat edir. Hazırda bir dəfəlik şarjla 250 kilometrədək məsafə qət edən avtomobillər də var. Belə avtomobillərdə gündəlik elektrik enerjisi xərci təxminən 4-5 manat təşkil edir.”
Ayşən Vəli