Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

13 Avqust 2026 15:03 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, yeni ekspres marşrutlar:

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərəcək.