"Texnologiyanın inkişafı telefon vasitəsilə həyata keçirilən dələduzluq hallarının artması, yeni dələduzluq üsullarının formalaşması ilə müşayiət olunmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Onun sözlərinə görə, əsasən vətəndaşlara xidmət göstərən maliyyə institutları və təşkilatların adından saxta telefon zəngləri vasitəsilə həyata keçirilir: "Dələduzlar özlərini bank və ya digər səlahiyyətli qurumun əməkdaşı kimi təqdim edərək, müxtəlif bəhanələrlə (guya hədiyyə qazandıqları, hesablarına yanlış ödəniş daxil olduğu, hesablarının kibertəhlükə altında olduğu və s.) vətəndaşların fərdi mobil bankçılıq məlumatlarını, ödəniş kartı rekvizitlərini və digər şəxsi hesab məlumatlarını əldə etməyə çalışırlar. Əldə olunan bu məlumatlardan istifadə etməklə dələduzlar vəsaitləri zərərçəkmişin hesablarından öz nəzarət etdikləri hesablara yönləndirirlər.
Deepfake – süni intellektlə yaradılmış saxta video, audio və ya şəkillərdir. Bu texnologiya, adətən, insan üzünü və ya səsini başqa bir insanla əvəz etmək üçün istifadə olunur.
Əgər şəxs kiberdələduzluğun qurbanına çevrildiyini anlayırsa, vaxt itirmədən bank kartını bloklatdırmalı, hesablarının şifrələrini dəyişməli və banka məlumat verməlidir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməli, mümkün qədər sübutlar – SMS-lər, ekran görüntüləri, zəng nömrələri və yazışmalar saxlanmalıdır.
Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşçül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir.
Bura WhatsApp, Facebook, Instagram, TikTok, YouTube platformalarını da əlavə edə bilərik.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin mənasına görə, bir şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya, təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Yalnız bu halda şəxs CM-nin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər".