"Cənab Prezidentin Naxçıvana səfəri yeni bir vizyon müəyyənləşdirdi və regionda yaranmış yeni reallıqlarla bağlı mühüm mesajlar verdi. Bu gün Azərbaycana ciddi maraq var, gözlər Azərbaycana yönəlib. Xüsusilə Orta Dəhlizin reallaşdırılmasına yönəlmiş çağırışlar artır".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli deyib.
_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, hazırda İran-ABŞ qarşıdurması, Rusiya-Ukrayna müharibəsi davam edir, dünyada nəqliyyat və kommunikasiya xətlərinə çıxışla bağlı müəyyən problemlər yaranır:
"Belə bir şəraitdə ən əlverişli və strateji marşrutlardan birinin Azərbaycandan keçməsi ölkəmizin əhəmiyyətini daha da artırır.
Burada əsas məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Sülh prosesində yaranan imkanları gələcəyə yönəlik şəkildə düzgün qiymətləndirmək və onlardan istifadə etmək lazımdır. Ermənistanda keçiriləcək seçkilər, regionda gedən geosiyasi proseslər və digər amillər də bu məsələlərin fonunda xüsusi əhəmiyyət daşıyır.
Bütün bunlara ümumi nəzər saldıqda görürük ki, ən vacib məqamlardan biri, şübhəsiz, sülh prosesinə dair açıqlamalar və bu istiqamətdə verilən mesajlardır.
Şübhə yoxdur ki, Azərbaycan Prezidentinin Naxçıvana səfəri ölkənin suverenliyinin tam bərpa olunmasından sonrakı yeni mərhələnin mühüm göstəricisidir. Azərbaycan 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində öz ərazisində separatizmin mövcudluğuna son qoyaraq suverenliyini tam bərpa etdi.
Bu baxımdan, Prezidentin Naxçıvana səfəri həm ölkənin suverenliyinin yaratdığı yeni reallıqların nümayişi, həm də Azərbaycanın regiondakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisədir. Eyni zamanda, bu səfər Azərbaycanın qarşıdakı dövr üçün yeni siyasi, iqtisadi və geosiyasi imkanlardan istifadə etmək baxımından əldə etdiyi mühüm dividendlərdən biri kimi qiymətləndirilə bilər".