Bu gün "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş rejimi dəyişdiriləcək.
Bu barədə SİA-ya səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".